Erməni diasporu Olland hökumətinə təzyiqləri artırıb
Fransa hakimiyyətinə təzyiqlərini davam etdirən erməni diasporu prezident Fransua Ollandın ən gec bu ilin noyabrında “erməni soyqırımı”ni inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan yeni qanun layihəsinin parlamentə təqdim edəcəyini açıqlayıb. “Novosti Armenia” agentliyinə danışan Avropa Erməniləri Birliyinin rəhbəri Aleksis Qovçyan bildirib ki, diaspora üzvlərinin Fransa prezidenti ilə görüşü gözlənilir. Ollandın katibliyi görüşün dəqiq tarixini müəyyənləşdirməyə çalışır.
“Görüşümüzdə bu ilin əvvəlində qəbul edilən, ancaq sonra Fransa konstitusiyasına uyğun olmadığı səbəbiylə qüvvəyə minməyən inkar qanunu əsas müzakirə mövzusu olacaq. İndiyə kimi görüşdüyümüz fransalı rəsmilər bildirib ki, Franusa Olland ölkə konstitutsiyasına zidd olmayacaq yeni inkar qanunun hazırlanması təlimatını verib. Qanun yeni formada Fransa parlamentinə ən gec noyabr ayında təqdim olunacaq”, – deyə Aleksis Qovçyan bildirib.