Bakıda yaşayış binası yandı

Bu gün saat 14:00 radələrində Nərimanov rayonu ərazisində-Təbriz küçəsindəki “Su sonası” şadlıq sarayının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 6, 7, və 8-ci mərtəbələrində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən briqadası yollanıb. Alovun qarşısı alınıb. İlkin ehtimala görə, yanğına 5-11-ci mərtəbələr arasında elektrik naqilində baş vermiş qısa qapanma səbəb olub. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.