Sinqh məbədinə silahlı hücum: 6 ölü, 3 yaralı
ABŞ-da növbəti qətliam törədilib. Viskonsin ştatınım Oak Kreek şəhərində yerləşən Sinqh (hind) məbədinə hücum edən silahlı şəxs dini ayin yerinə yetirənlərə atəş açıb. Səbəbi bilinməyən hücum zamanı 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilir.
Oak Kreek polis şöbəsinin rəsmisi Stefani Ulyans məbədə edilən hücumu təsdiqləsə də, ölü və yaralıların sayı barədə dəqiq rəqəm açıqlamayıb. Hadisə yerindəki uşaqları da girov edən silahlı şəxs polis tərəfindən məhv edilib. Hindistanlı Sinqhlər dini ənənələrinə uyğun olaraq hicab taxır və saqqal buraxır. Müsəlmanlarla qarışdırılan Sinqhler bölgədə daha əvvəl də irqçi və anti-müsəlman şəxslər tərəfindən hücumlara məruz qalmışdılar.