Güləşçilərimiz bir gümüş, bir bürünc qazandı

Rövşən Bayramov Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində yarışmanın finalında İrandan olan rəqibi Həmid Məhəmməd Soryana məğlub olub. Bununla da Rövşən Bayramov Olimpiada Azərbaycana gümüş medal qazandırıb.

Digər güləşçimiz Emin Əhmədov isə bürünc medal uğrunda Belarusdan olan rəqibi ilə qarşılaşmadan qalib ayrılıb.

Beləliklə, Azərbaycan güləşçiləri bu idman növü üzrə yarışların ilk günündə 1 gümüş və 1 bürünc medal qazanıblar.

***

Avqustun 5-də London Olimpiadasında güləş yarışlarına start verilib. Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov (55 kq) bu dəfə qızıl medal qazanmaq iddiasındadır.  Yarımfinalda idmançımız Cənubi Koreya təmsilçisi Qyunjin Çoi ilə üz-üzə gəlib və qələbə qazanıb. Rövşənin finaldakı rəqibi iranlı Məhəmməd Soryan olacaq.

R.Bayramov 1/4 finalda çinli Li Şujinə, 1/8 finalda isə amerikalı Tomas Manqo Spenserə qalib gəlib.

Başqa bir güləşçimiz, 74 kq çəki dərəcəsində çıxış edən Emin Əhmədov isə yarımfinalda erməni Arsen Culfalakyana məğlub olub və finala vəsiqə qazanmaq şansını itirib. Belə ki, Emin Əhmədov 3-cü yer uğrunda döyüşəcək.