ABŞ dövlət katibinin səfəri avqustun 11-də baş tutacaq
ABŞ dövlət katibi Hillari Klintonun gələn həftə Türkiyəyə səfər edəcəyi açıqlanıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın sözlərinə görə, Klinton Türkiyəyə avqustun 11-də gələcək.
Nuland əlavə edib ki, Hillari Klinton İstanbulda Türkiyə rəsmiləriylə görüşəcək və Suriya məsələsini müzakirə edəcək. Sözçü Suriya ilə yanaşı gündəmdəki məsələlərin də müzakirə olunacağını deyib.