“Qarabag” Danimarka komandası ilə oynayacaq

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq komandalar müəyyənlşib.

Bu mərhələyə qədər gələn Ağdamın “Qarabağ” komandası Danimarkanın “Kopenhagen” komandası ilə görüşəcək. Oyunlar avqustun 15-16-da və 22-23-də olacaq.