İranlı zəvvarlar Suriyada oğurlanıb

İran televiziyası Suriyə paytaxtı Dəməşqdə şiə ziyartgahına gedən iranlı zəvvarların tutulması barədə məlumat verib. İranın Suriyadakı səfirliyi bildirib ki, zəvvar dolu avtobus məscidlərdən birinə yaxınlaşan zaman silahlı adamlar tərəfindən tutulub.

Səfirliyin nümayəndəsi əlavə edib ki, hazırda səfirlik Suriya hakimiyyəti ilə birlikdə zəvvarların yerini axtarır (ans press).