Gül prezidentlik polemikasına nöqtə qoydu

Türkiyə rəhbəri:“Tayyib bəylə dostluğumuz qardaşlıq dan da üstündür”

Son günlər Türkiyə ictimaiyyətində və dünya mediasının aparıcı qəzetlərində növbəti prezident seçkilərində kimin namizdə olacağı polemikası gündəmin əsas mövzusu idi. Bəziləri indiki ölkə başçısı Abdulla Gülün yenidən namizəd və baş nazir Rəcəb Tayyib Əroğana rəqib olacağını bildirirdi. Baş nazir iddialara cavab verməsə də, prezident Abdulla Gül prezident seçkiləri ilə bağlı diskussiyalara münasibət bildirib.

Gül deyib ki, hələ qarşıda iki il qədər uzun bir müddət var. O, bu müddətdə həm ölkə daxilində, həm də xaricində görüləcək vacib işlərin olduğunu sözyləyib:“Hamımız ən yaxşı şəkildə işlərimizi görməli və vəzifələrimizi yerinə yetirməliyik. Günü gəldiyi zaman da oturub öz aramızda danışar, ən doğrusu nədirsə, birlikdə onu edərik”.

Türkiyə rəhbəri təkrar seçilməsinin qarşısını alan təşəbbüslər səbəbilə hakim Ədalət və İnkişaf Partiyasının bəzi üzvlərindən incik olduğuna dair fikirlərə də aydınlıq gətirib:“Hörmətli baş nazir Tayyib bəylə dostluğumuz, münsibətlərimiz qardaşlıq hüququndan da üstündür. Bunu ağlınızda saxlamanızı istəyirəm”.