Rusiyada texniki baxış ləğv edildi

Rusiyada avtomobillərin illik texniki baxışını ləğv edilib. Bu barədə düzəlişi Rusiyanın dövlət başçısı Putin təsdiq edib. Artıq bir neçə gündür ki, bu yeni qayda Rusiya ərazisində qüvvədədir. Yeni qanuna görə, mütamadi sertifikatı olan texniki servislərdə baxışa məruz qalan avtomobillərin texniki baxış talonu almalarına ehtiyac yoxdur. Belə sürücülərə həmin texniki servislərin maşina baxışdan sonra verdikləri «diaqnostika kartına» sahib olması kifayətdir. Bu kartlarda avtomobilin texniki vəziyyəti əksini tapır. Bu kartı avtomobilin sahibinin dəyişib-dəyişməməsindən asılı olmayaraq göstərilən müddətə qədər istifadə etmək olar. Avtomobilin alqı-satqısı zamanı həmin kart yeni sahibə verilir və bu zaman yenidən texniki baxışdan keçməyə ehtiyac yoxdur. Sertifikatlı texniki servislərin verdikləri «qiymətin» 6 ay qüvvədə olması nəzərdə tutulub.

İnformasiya şöbəsi