Olimpiada rəqabəti qızışır
London Olimpiadasının yeddinci yarış günündən sonra artıq ABŞ qazanılan medalların sayına görə, Çin yığmasından vahid liderliyi ələ alıb. ABŞ yığmasını hazırda Çin və Cənubi Koreya izləyir. ABŞ komandası 21 qızıl, 10 gümüş və 12 bürünc medal qazanıb. Çin isə 20 qızıl, 13 gümüş və 9 bürünc medal əldə edib. Cənubi Koreyalı idmançılar Olimpiadada 9 qızıl, 2 gümüş və 5 bürünc qazanıblar.
Ev sahibi Böyük Britaniya yığması son günlər velosiped idmanı növündə qazandığı qızıl medallarla 4-cü pilləyə yüksəlib. Dumanlı Albion təmsilçilərinin aktivində 8 qızıl, 6 gümüş və 8 qızıl medal var.