Sərdar Cəlaloğlu: “”Qarabağ” blokunun yaradılması barədə danışmaq tezdir”
Prezident seçkisinə hələ bir il qalsa da, bəzi siyasi partiyalar artıq namizəd müəyyənləşdirmək ətrafında müzakirələrə başlayıb. Buna qədər də prezident seçkilərinə namizəd kimi qatılmaq niyyətini dilə gətirən Ümid partiyasının sədri Iqbal Ağazadə təmsil olunduğu “Qarabağ” siyasi birliyinin 2013-cü ildə yenidən seçki blokuna çevriləcəyini deyib.
Birlikdə təmsil olunan ADP isə daha çox müxalifətin vahid namizədinin müəyyən edilməsinin tərəfdarı kimi çıxış edir. Belə olan halda “Qarabağ” siyasi birliyinin bloka çevirilməsi nə dərəcədə realdır və ADP ilə Ümid arasında bu barədə razılıq əldə edilibmi?
Müxalifətin vahid namizəd ideyasını dəstəklədiyini deyən ADP sədri Sərdar Cəlaloğlu bunun üçün çalışmağı vacid hesab edir. Çünki bu, müxalifətin qələbəsinin əsas şərti ola bilər. Bu səbəbdən də “Qarabağ” blokunun yaradılması barədə danışmaq tezdir.
S.Cəlaloğlunun fikrincə, müxalifət bir arada getməsə, seçkiyə başqa hansısa konfiqurasiyada qatılmağın mənası olmayacaq. Bununla belə, vahid namizəd müəyyən olmasa, hər kəs öz seçki blokunu yaradıb seçkiyə öz namizədini ilə qatılacaq.
Fizzə