Əliyevin Londona sirli səfəri

Ölkə başçısı boks qalmaqalının daha da böyüməsinin qarşısını almağa gedib?

Ölkə başçısı Ilham Əliyev avqustun 3-də Böyük Britaniyaya səfərə gedib. Rəsmi məlumatda deyilir ki, səfər işgüzar xarakter daşıyır. Səfərin müddəti barədə məlumat verilmir.
“Contact.az” isə xəbər verir ki, bundan bir gün əvvəl qeyri-rəsmi mənbələrdən Ilham Əliyevin Azərbaycan idmançılarının çıxışlarından çox narazı qaldığı və onları şəxsən müşahidə etmək üçün deyil, idman naziri, MOK və federasiya rəhbərləri ilə idmançıların uğursuzluqların səbəblərini araşdırmaq üçün Londona qayıtmaq istədiyi məlum olub.
Indiyədək Azərbaycan nümayəndələri Olimpiada kimi mühüm yarışa çox aşağı fiziki və mənəvi hazırlıq səviyyəsi nümayiş etdirirlər.
Bütün bunlardan əlavə, boks turnirində qalmaqal yaranıb və Azərbaycan nümayəndəsi Ağacan Əbiyev davranış kodeksini pozduğu üçün yarışlardan kənarlaşdırılıb. Bu, Azərbaycanlı boksçu Əbdülhəmidovun yarışlarda iştirakdan məhrum edilməsindən və məğlub hesab edilməsindən sonra baş verib.
Bəzi məlumatlara görə, Ilham Əliyev Britaniya səfəri boks turinirindəki məlum qalmaqalla bağlıdır. Ilham Əliyev həm də Milli Olimpiya Komitəsinin rəhbəridir. Bu baxımdan ölkə başçısı ehtiyat edir ki, onun adı da qalmaqalda baş hallandırıla bilər. Ilham Əliyev Britaniya səfərində bu təhlükənin qarşısını almağa çalışır.
Informasiya şöbəsi