misir-etiraz-maraqli

Azərbaycanda “Ərəb baharı” tam realdır

misir-etiraz-maraqliGeorge Washington Universitetinin ekspertindən hakimiyyət üçün qorxulu proqnoz

“Uzun illər yeganə siyasi qüvvə tərəfindən idarə olunan cəmiyyətlərin sonu yaxşı bitməyib”

“Azərbaycan üçün “Ərəb baharı” riski arzuolunan deyil, amma tam realdır”. Bunu “BBC Azərbaycanca”ya müsahibəsində ABŞ-dakı George Washington Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları Mərkəzində “Azərbaycanın siyasi elitası çoxsaylı dəyişikliklər şəraitində” mövzusunda araşdırma aparmış Gökhan Alper Ataser deyib. Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə siyasi dəyişikliyin zor üsulu ilə həyata keçirilməsi təhlükəli nəticələrə apara bilər. Yaxşı olardı, siyasətçilər bəribaşdan insanlara haqların verilməsi üzərinə düşünməyə başlasınlar.

“Gücə arxalanan üsul-idarə ölkəni şiddətli etirazlardan sığortalamır”

Siyasi təhlilçi bildirib ki, əslində “Ərəb baharı”nın bugünədək post-sovet məkanda təkrarlanmamasının bir neçə səbəbi olub. Bunlar arasında dil müxtəlifliyi, sosial əlaqələrin zəifliyi və hakimiyyətlərin keçmişin rəngli inqilablarından “dərs alması”nı göstərmək olar:“Ötən il Bakıda etiraz aksiyaları böyük olsa da, kifayət qədər diqqət çəkmədi və hakimiyyət tərəfindən boğuldu. Öz növbəsində Azərbaycan müxalifəti Ərəb ölkələrində din bazasında yaranan ictimai cəmiyyətlər qədər güclü deyil”.  

Gökhan Alper Ataserin sözlərinə görə, monopolist siyasi məkan və gücə arxalanan üsul-idarə ölkəni daha şiddətli etirazlardan sığortalamır. Ekspertin fikrincə, “Ərəb baharı” riskindən uzaqlaşmaq üçün Azərbaycanda siyasi idarəetmə paylaşdırılmalı, vətəndaş cəmiyyəinə yer verilməli və korrupsiya aradan qaldırılmalıdır:“Sovetlər birliyi dağılanda hamı gözləyirdi ki, bu, artıq qlobal demokratiyanın qələbəsidir və Azərbaycan kimi ölkələlər bir neçə ilə demokratik liberal dəyərlərə yiyələnəcəklər. Amma tədricən Qafqazın təhlükəsizlik və qeyri-stabillik reallıqları demokratik idealların mövqüyini sarsıtdı. Nəticədə Azərbaycan bu gün güclü sabit, stabillik və iqtisadi böyümənin olduğu qeyri-demokratik ölkədir”.

“Risk hər zaman real qalır…. partlasa çox ağır olacaq”

Ekpsert əlavə edib ki, Azərbaycanın siyasi elitası demokratik cəmiyyətlərdə olduğu kimi təbii siyasi mexanizmlərdən keçmədiyi üçün əziyyət çəkir. Rəsmilər bir qayda olaraq, cəmiyyətin dəyişikliklərə hazır olmadığı kimi klassik arqumentərə istinad edirlər. Birpartiyalı sistemə söykənən hakimiyyət “hətta güclə eşidilən pıçıltıların gəldiyi qapıları” qapayır, ziyalılar və müxalifət liderlərinin şəxsi həyatda üzləşdiyi çətinliklər adi insanların gözünü qorxudur:“Demokratik müxalifət imkanını qalmadığı mühitdə – demirəm ki, bunda yalnız hakimiyyət günahkardır, amma vəziyyət məhz buna gətirib çıxarıb. İnsanların ictimai narazılıqlarının nə vaxt necə partlayacağı məlum deyil. Ancaq bu risk hər zaman real qalır. Bu, qeyri-demokratik rejimlərin üz-üzə qaldığı ənənəvi riskdir, amma partlasa çox ağır olacaq. Hərçənd, ümid yeri hələ var. Müxalifətə məkan olmadığı sistemlərdə məsələn, vətəndaş cəmiyyətləri müəyyən rol oynaya bilər. Əslində “bu, hakimiyyətin özünün də marağında olmalıdır. Azərbaycan kimi bir neçə başqa post-totalitar ölkələrin özünəməxsusluğu odur ki, onlar müstəqilliklərini demokratiyanın qlobal hegemoniyası dövründə elan ediblər. Ona görə onlar heç zaman deyə bilməzlər ki, biz demokratiyaya qarşıyıq və diktatura elan edirik”.

Araşdırmaçının sözlərinə görə, ziyalılar və intellektual gənclər qüvvələrini birləşdirib ölkənin gələcəyi barədə diskussiyalar açmalıdırlar. “Ümid pəncərəsi”ni açıq saxlayan əsas amil milli kimlik və siyasi gələcəyə dair daxili müzakirələrin Azərbaycanda da hələ aktual qalmasıdır. 2013 seçkiləri prezident seçkilərinə toxunan analitik bildirib ki, sürpriz vəd etməsə də, gələnilki seçkilər həm iqtidar, həm də müxalifət üçün mühüm sınaqdır:“Ümid ediəm ki, hər iki tərəf keçmiş illərdən özlərinə dərslər çıxaracaqlar. Eyni zamanda dünyada, yaxınlıqda baş verən dəyişikliklərdən nəticə çıxarsınlar. Biz görürük ki, uzun illər yeganə siyasi qüvvə tərəfindən idarə olunan cəmiyyətlərin sonu yaxşı bitməyib. Və burada məsuliyyət həm hakimiyyətinr, həm də müxalifətin”.

“Hakimiyyət İlham Əliyevin namizədliyini irəli sürməməlidir”

Gökhan Alper Ataser deyib ki, Azərbaycan hakimiyyəti İlham Əliyevin namizədliyini yenidən irəli sürməklə ölkədə anti-demokratik üsul-idarəyə hazırlaşmamalıdır. Öz növbəsində, müxalifət fərqli siyasi qüvvələr arasında fikir ayrılıqlarınıın özünün ümumi məqsədləri qarşısında çox xırda şey olduğnu görməlidirlər:“Seçkilərdən düzgün itifadə üçün hakimiyyətin tənqidçiləri, qısa müddətdə vahid namizəd ortaya çxaırıb, siyasətlərini qanuni formada yürütməlidirlər”. Ataser müsahibənin sonunda Azərbaycanda siyasi İslam təhlükəsi barədə Qərbdəki narahatlıqlara diqqəti çəkib:“Burada çoxları Azərbaycan xalqının dinə yanaşması barədə məlumaztsızdır və prosesi narahatlıqla izləyirlər. Düzdür siyasi İslam təhlükəsi bu gün real olmasa da, problemlərin siyasi yollarla həlli axtarışı əvəzinə, insanların dinə pənah aparması narahatlıq doğuran amildir. Siyasi müxalifətə yer olmadığı cəmiyyətlərdə qeyri-leqal və qeyri-demokratik qüvvələrin meydana gəlməsi mümkündür və bu təhlükəni Azərbaycan üçün də “görməzdən gəlmək olmaz”.