Türkiyə sərhəddində casus quş vuruldu

Hatayla sәrhәddә yerlәşәn Suriyanın İdlib şәhәrinin yamaclarında üzәrindә kamera vә çip yerlәşdirilәn quş әlә keçirilib. Әldә olunan mәlumata görә Suriyada İdlib yamaclarında yerlәşәn Azad Suriya Ordusu qüvvәlәri havada uçan fәrqli bir quş görüblәr. Quşun hәr gün davamlı olaraq eyni bölgә üzәrindә uçması bölgәdәki müxaliflәrin diqqәtini çәkib. Açılan atәş nәticәsindә quş vurulub. Ölü quşun üzәrindә bir әdәd kamera vә çip aşkar olunub. İlkin araşdırmada aydın olub ki, quş vә üzәrindәki kamera ilә çip İsrail mәnşәlidir. Quşun bölgәyә nә üçün göndәrildiyi vә bölgәdә başqa quşun olub olmadığı hәlәlik mәlum deyil.

Azadliq.info