İsveç səfiri Belarusdan qovuldu

İsveçin Xarici İşlər naziri Carl Bildt avqustun 3-də özünün Twitter səhifəsində yazır ki, ölkəsinin Belarusdakı səfiri Minskdən çıxarılır. Nazir səfirin Belarusda “insan haqlarını həddən artıq çox müdafiə etdiyi” üçün qovulduğunu yazır.

Carl Bildt Minskin bu addımını “rejimin xarakterindən irəli gələn rəzalət” kimi qiymətləndirir.

İsveç də ölkəsinə yeni təyin olunan Belarus səfirini qəbul etməyib və ondan başqa daha iki Belarus diplomatını ölkədən qovur (“Azadlıq” radiosu).