Rusiya Annanın istefasından qorxuya düşüb

Kreml Qərbin Suriyaya müdaxilə edəcəyini düşünür

BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın istefa verməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiya xarici işlər nazirinin müavini Genadi Qatilov bildirib ki, Annanın vəzifəsindən istefa verməsi Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə yolunu açacaq. “Twitter” sosial şəbəkəsində Annanın istefasına münasibət bildirən nazir müavini yazıb ki, istefa qərarı Suriyaya hərbi müdaxiləni dəstəkləyənlərə fürsət yaradacaq.