Şahin Həsənli azadlığa buraxılacaqmı?

“Hakimiyyət qarşıdakı fürsətdən istifadə etməlidir”

Avqustun 7-də AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayətinə baxılacaq. AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, bu, Azərbaycan hakimiyyəti üçün daha bir vicdan məhbusunu azad etmək baxımından fürsətdir: “Şahin Həsənli həbsdə qalan iki vicdan məhbusundan biridir. Cəzasının da yarıdan çoxunu çəkib. Qarşıdakı məhkəmə prosesi hakimiyyət üçün bir fürsətdir. Onsuz yerli və beynəlxalq ictimaiyyət bütün vicdan məhbusların azad olunmayana qədər bu istiqamətdəki mübarizələrini dayandırmayacaqlar. Hakimiyyət özünə əlavə problem istəmirsə, qarşıdakı şansı yaxşı dəyərləndirib Şahin bəyi azad etməlidir”.
Qeyd edək ki, Ş.Həsənli cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmək üçün məhkəməyə müraciət etmiş, lakin müraciəti əsassız sayılmışdı.ÿO da bu qərardan apellyasiya şikayəti vermişdi.
Ş.Həsənli Ictimai Palatanın 2 aprel aksiyasından 2 gün əvvəl qondarma ittihamlarla həbs edilib. Məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.