Azərbaycanın qadağası şirkəti xeyli ziyana salıb
Cari ilin yanvar-iyul aylarında Rusiyanın “AvtoVAZ” şirkətinin satış göstəricisi illik müqayisədə 10% azalaraq 334,630 ədədə düşüb.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, Rusiyada satış həcmi 13% azalaraq 297 825 ədəd təşkil edib. Iyun ayı ilə müqayisədə iyulda “AvtoVAZ” satışları 2,8% artaraq 51,343-ə yüksəlib. Bunun 47 093-ü (+4,6%) Rusiya avtomobil bazarında reallaşdırılıb(APA).
Ümumilikdə 7 ay ərzində “Lada” markalı 36 805 ədəd avtomobil ixrac olunub ki, bunun da 4250-si iyul ayının payına düşür.
Xatırladaq ki, “AvtoVAZ” şirkəti 1993-cü ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın “Renault” şirkətidir. “AvtoVAZ”ın səhmlərinin 25%-i “Renault”a məxsusdur. Hazırda şirkət “Lada Priora”, “Kalina”, “Samara”, eləcə də “klassik” modellər (o cümlədən “VAZ-2107″) buraxır.
Onu da qeyd edək ki, Azərbaycan “AvtoVAZ”ın maşınlarının ölkəyə idxalını qadağan edib. Gümanki, satışın azalmasında bu qadağanın da mühüm rolu var.