Bakıda 500 musiqiçinin iştirakı ilə beynəlxalq festival başlayır

İyulun 27-dən 30-dək Bakıda – Xəzərin sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalı keçiriləcək. Bu böyük musiqi bayramının səhnəsini dünyaca məşhur Alla Puqaçova, Sofiya Rotaru, Filip Kirkorov, Nikolay Baskov, Layma Vaykule, EMİN, Qriqori Leps, Oleq Qazmanov və onlarla digər estrada ulduzu paylaşacaq.

Jara”nın təşkilatçıları bildirirlər ki, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil.