“Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş hesabların təxminən 9%-i saxtadır. Sayt administrasiyasının hesabatında göstərilir ki, 2012-ci ilin iyununda istifadəçilərin sayı 955 milyon nəfərə çatıb.
Onlardan 4,8%-i qeydiyyatdan keçmiş istifadəçilərin özü tərəfindən yaradılmış dublikat profillərdir. “Facebook” qaydaları bir istifadəçiyə bir profildən artığını açmağı qadağan edir.
Bundan başqa sosial şəbəkə iki tip “düzgün olmayan” hesab göstərib. İstifadəçilərin şəxsi biznesləri, ev heyvanları üçün yaratdıqları səhifələrin ümumi payı 2,4% təşkil edir. Digər “düzgün olmayan” hesablar tipindən isə spam göndərilməsi üçün istifadə olunur. Onların payı 0,5%-dir.
azadliq.info