Yeni strukturlardan gəlir gözləməyinə dəyməz

Hacıqabulda Sənaye Məhəlləsinin yaradılması 2016-cı ilin sonunda iqtisadiyyatın inkişafı ilə bağlı imzalanan strateji yol xəritələrindən irəli gələn məsələdir».

İqtisadçı-deputat Vahid Əhmədov bunu Hacıqabulda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı prezidentin sərəncamını şərh edərkən bildirib.

V.Əhmədov deyib ki, bu addımlar ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək siyasətinin tərkib hissəsidir. Belə sənaye məhəllələri, parkları Sumqayıtda, Mingəçevirdə, Neftçalada, Masallıda yaradılıb.

«Düzdür, bu strukturlar ölkəyə böyük gəlirlər gətirməyəcək, amma insanların işlə təminatı, nə isə istehsal etməsi baxımından yararlıdır».