Rabitəçilərin məhkəməsi təxirə salındı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sabaha təxirə düşüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə bu gün hökm oxunmalıydı. Sonuncu prosesdə təqsirləndirilən şəxslər son sözlə məhkəmədə çıxış edib. Hakimlər kollegiyası müşavirəyə çıxıb.

Dünən hökmün bu gün elan olunacağı bildirilsə də, iclas heç bir səbəb göstərilmədən sabaha təxirə salınıb.

Azadliq.info