Qarabağ əlillərinin köşkünün ələ keçirilməsinə sahə müvəkkili “baxır”
Bakının Nizami rayonundakı “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Əlillər ticarət cərgəsi”ndən dolanan Qarabağ əlillərinin köşkünü icarəyə verdikləri Ərəstun adlı şəxsin dələduzluq əməlinə 8 aydır nə prokurorluq, nə də polis baxır. Guya mülki işdir. Bəyəm etibardan istifadə etməklə köşkü ələ keçirib başqasına icarəyə vermək mülki işdir? Qarabağ əlillərinin köşkünü ələ keçirən şəxs onu başqasına icarəyə verib və əlillər bir də onda ayılıblar ki, köşklərindən həmin başqası faydalanır . Bu başqası da hər ay Ərəstun adlı “icarəçiyə” aylıq icarə pulu verdiyini bildirib. Nizami RPİ-nin 24-cü Polis Bölməsi sahə müvəkkili Elçin İslamova əlillərə dəyən ziyanı ödətməyi tapşırıb. Elçin İslamov isə yaxın münasibətdə olduğu Ərəstunu… aradan qaçırdıb və əlillərə deyib ki, onu tapa bilmir. İndi əlillərin müraciət etmədikləri ünvan qalmayıb. Hamısı da şikayəti Nizami RPİ-yə göndərir və orada da heç bir tədbir görülmür. Qaranlıq məqamlardan biri də budur ki, dələduzluq faktı ilə bağlı istintaq-təhqiqat orqanları araşdırma aparmaqdansa, sahə müvəkkili dələduza “müvəkkilik etməyə” məcbur edilir.
M.Ağsu