Türkmənbaşının qızılı abidəsini Aşqabaddan götürdülər

Türkmənistanın birinci prezidenti Saparmurad Niyaovun (Türkmənbaşı) qızılı abidəsini Aşqabaddan götürüblər.

Türkmənbaşının general mundirində, oturaq vəziyyətdə təsvir olunduğu abidə Maxtumkuli prospektində – Daxili İşlər Nazirliyinin binası önündə yerləşirdi.

Abidənin yerləşdiyi ərazi bir aydan artıq idi ki, təmir-bərpa işləri ilə bağlı hasara alınmışdı.

Bugünlərdə hasar götürüləndən sonra məlum olub ki, abidə əvvəlki yerində yoxdu.

2011-ci ildə Türkmənbaşının daha bir abidəsi Aşqabadın mərkəzindən götürülmüş, sonradan şəhərin cənub hissəsinə qoyulmuşdu.

Saparmurat Niyazov Türkmənistanın birinci prezidentidir. O, 1990-cı ildən 2006-cı ilə – ömrünün sonunadək hakimiyyətdə qalmış və rəsmən ölkənin əbədi prezidenti statusunu almışdı.

Gültəkin