Sarkoziyə Bruni zərbəsi

Fransanın keçmiş birinci xanımı eks prezidentdən boşanmaq fikrindədir

Fransada keçirilən prezident seçkisində məğlub olduqdan sonra siyasətdə adı hallanmayan keçmiş prezident Nikola Sarkozinin şəxsi həyatında da problemlər başlayıb. İtaliyanın “PanoramaÜ jurnalının yazdığına görə, əslən italiyalı olan həyat yoldaşı Karla Bruni Nikola Sarkozi ilə 2008-ci ildə başlayan evliliyini bitirməyə hazırlaşır. Onun Sarkozi ilə nigahını bu ilin dekabrında pozacağı gözlənilir.

Keçmiş birinci xanım noyabra kimi partiyadakı seçkilərdə Sarkozinin zərbə almaması üçün ayrılıq qərarını ilin sonuna saxlayıb. Daha öncə Bruni-Sarkozi cütlüyünün evlilik tarixləri və övladlarının olduğunu gündəmə gətirən ilk jurnalist Allain Jules yazdakı prezident seçkisindən öncə Karlanın evliliyi bitirmək üçün seçkinin nəticəsini gözlədiyini yazmışdı. Bundan sonra Fransa mətbuatında da Karla Bruninin Sarkozini atacağı barədə sorğu keçirilmişdi. Nəticədə rəyi soruçulanların 60 faizi onların ayrılacağını demişdi.

Sarkozinin keçmiş həyat yoldaşı Sesiliya da 5 il öncə ərinin sevgisinin saxta olduğunu demişdi:“Sarkozi-Bruni sevgisi saray üçün hazırlanıb. Sarkozi seçkidə məğlub olarsa bu evlilikdə bitəcək”.