Obama Maykl Felpsi “Twitter”də təbrik etdi

ABŞ prezidenti Barak Obama 19 medal qazanaraq olimpiyada tarixində ən çox medal qazanan idmançı rekordu qazanan Maykl Felpsi “Twitter” sosial şəbəkəsində təbrik edib.

Afina və Pekində 14 qızıl, iki bürünc qazanan Felps London Olimpiyadasında da 2 gümüş, 1 qızıl qazanaraq 18 medalla olimpiyadalar rekordsmeni olan rus qimnast Larisa Latininanın rekordunu qırıb. Obama Felpsə göndərdiyi tvitdə bu sözləri yazdı: “Maykl Felps, bütün dövrlərin olimpiyada rekordunu qırdığın üçün səni təbrik edirəm. Ölkəni qürurlandırdın”.

“Twitter”də Obama tərəfindən işarələndiyini görən Felps bu sözlərlə cavab verdi: “Təşəkkürlər, hörmətli prezident! Amerikanı təmsil etmək mənim üçün fəxrdir. ABŞ dünyanın ən yaxşı ölkəsidir!”

azadliq.info