İdmançımız olimpiadanın finalında

Azərbaycan idmançısı Olimpiadanın finalına vəsiqə qazanıb. Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub. 22 yaşlı təmsilçimiz yarımfinal mərhələsində yarışı 3-cü başa vuraraq finala vəsiqə qazanıb.