Rusiya kanallarında azərbaycanlıları təhqir edən reklam

“Rusiyadakı Azərbaycan səfirliyi ancaq pul silməklə məşğuldur, başları bizneslərinə qarışıb, milli maraqlar yadlarından çıxıb. Aylardır TNT, TV Ц, Ren TV kanalları azərbaycanlıları təhqir edən reklam göstərirlər. Amma bunun qarşısını alan yoxdur” – bu sözləri Rusiyadakı soydaşlarımız “Yeni Müsavat”a müraciətlərində deyiblər.

Onların sözlərinə görə, ölkəmiz adına təhqiramiz reklam çarxında “Prokter ənd Gembl” firmasının istehsalı olan “Ambi pur” hava təmizləyicisi göstərilir. Bundan sonra xeyli sarışın qadın Qafqaz millətindən olan idmançıların olduğu idman zalına daxil olurlar. Onlar zaldan dəhşətli qoxu gəldiyini deyib bu qoxunun azərbaycanlı idmançılara xas olduğunu söyləyirlər. Ardınca belə xoşagəlməz qoxulardan xilas olmaq üçün reklam olunan hava təmizləyicisindən istifadə edilməsi tövsiyə olunur…
Soydaşlarımız dövlət orqanlarına müraciət edərək bu biabırçı reklamın Rusiya kanallarından yığışdırılması üçün tədbir görməyə çağırıblar.