QOÇ
Bu gün sizin üçün uğurlu olacaq. Işinizdə və məhəbbət məsələlərində müvəffəqiyyət əldə edəcəksiniz. Intellektual bacarıqlarınız və reaksiyalarınız artacaq. Bununla yanaşı emosional qeyri-stabitlik ola bilər. Təmkinli olun, özünüzdən çıxmamağa çalışın
BUĞA
Bu gün başınıza gələn hadisələri şişirdəcəksiniz. Nəticədə sizə inam itəcək, eyni zamanda özünüzün də ətrafdakılara qarşı inamınız azalacaq. Bu üzdən çətin vəziyyətə düşə bilərsiniz. Işinizdə isə real məqsədlərə çatmağa çalışın.
ƏKIZLƏR
Qalibiyyətiniz davam edir. Bu gün əvvəlki günlərdə olduğu kimi uğurunuzu daha da artıracaqsınız. Sizi sevməyənlər fəal hərəkətə keçəcəklər, məhz onlar zəif tərəflərinizi göstərəcəklər. Eyni zamanda bu gün istənilən yarışda qalib kimi çıxacaqsınız.
XƏRÇƏNG
Sizin üçün uğurlu gündür. Hər işiniz yaxşı alınacaq. Düzdür, bundan daha artığını istəyəcəksiniz və daxili problemlərinizi araşdırmağa çalışacaqsınız. Rəqabətdən ehtiyatlanmayın. Bu gün kreativ olacaqsınız. Rəqibləriniz öz hərəkətlərindən ziyan görəcəklər.
ŞIR
Çətin problemin öhdəsindən gəlmə və düzgün qərar qəbul etmə imkanı yaranacaq. Elə şərait yaranacaq ki, səhv etmək mümkün olmayacaq. Risk etmək lazım olduqda bunu tərəddüdsüz edin. Yetər ki, digərlərinin də arzularını nəzərə alasınız.
QIZ
Bu gün vəzifələrinizi bilirsiniz, o üzdən də işdən boyun qaçırmanız ehtimal olunur. Bunu etmək lazım deyil. Ən əsası irəliyə kiçik addımlarla getməkdir. Nəticədə hər şey alınacaq. Məişət avadanlıqlarının bir-birinin ardınca sıradan çıxması sizi bezdirəcək.
TƏRƏZI
Bu gün dünyaya başqa gözlə baxacaqsınız. Bu müddət baş verən hadisələr sizə diqqətə layiq olmayan, adamlar isə həddindən artıq zəif və hər şeydən şübhələnən görünəcək. Işlərinizi sonraya saxlaya bilsəniz də, adamlarla daha diqqətli davranmalısınız.
ƏQRƏB
Həyatınızı qaydaya salacaqsınız. Həyat tərzinizin keyfiyyətini artıracaq istirahətlər də ola bilər. Ancaq bundan ötrü sərt davranmayın, kiminsənin qəlbinə dəyməyin. Bu gün fiziki işlə məşğul olmayın, çünki əzilə bilərsiniz.
OXATAN
Bu gün kiməsə yaxşılıq etməli, harasa getməli olduğunuz halda belə, sizin üçün uğurlu olacaq. Bütün vədlərinizi yerinə yetirəcəksiniz. Hətta çoxdankı arzunuzdan birini də həyata keçirəcəksiniz.
OĞLAQ
Şübhə və qətiyyətsizlik günün başlanğıcında özünü göstərəcək. Daha sonra isə görüləsi vacib olan işləri qaydaya salmaq asanlaşacaq. Bu gün bir sıra məişət problemlərini də həll edəcəksiniz.
DOLÇA
Bu gün enerjili olacaqsınız. Gün məhsuldar olduğundan daha çox işin öhdəsindən gələcəksiniz. Ona görə bu günə daha çox iş planlaşdırın, ehtiyacı olanlara kömək əlinizi uzadın. Çətinliyiniz yalnız partnyorlarınızla bağlı olacaq. Onlar əvvəlki templə işlədiklərindən sizi narazı salacaqlar.
BALIQLAR
Bu gün işləriniz ləngiyəcək. Bunu güc bahasına dəyişmək mümkün olmayacaq. Təşkilatçılıq bacarığınızdan ətrafdakılar bəhrələnəcəklər. Bir sözlə, hamıya yardım etdiyinizdən özünüzü lider kimi aparacaqsınız. Yeri gələndə isə bir balaca nəzakətli olmaq barədə xəbərdarlıq da eşidəcəsiniz.

Günün ulduz falı (01.08.12)
•