Elmar Məmmədyarov Parisdə təpki ilə üzləşdi

Leyla Əliyeva: “Azərbaycanın ”Şərq tərəfdaşlığı” çərçivəsində heç bir addım atmaması Avropa Ittifaqında narahatlıq doğurur”

Fransada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Loran Fabiusla iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.
Bundan əlavə, Yaxın Şərqdə durum, Azərbaycan-Avropa Ittifaqı münasibətləri, “Şərq tərəfdaşlığı” ilə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir. Bu istiqamətlərdə Azərbaycandan müəyyən addımların atılması da tələb edilə bilər. Bu tələblər nədən ibarət ola bilər?

Politoloq Leyla Əliyeva Parisdə əsasən Dağlıq Qarabağ münaqişəsi və iqtisadi məsələlərlə bağlı müzakirələrin aparılacağını deyir. Amma eyni zamanda Avropaya inteqrasiya ətrafında da söhbət aparıla bilər.
Ekspertin sözlərinə görə, Azərbaycan son bir ildə “Şərq tərəfdaşlığı” çərçivəsində heç bir addım atmayıb və bu məsələdə soyuq münasibət nümayiş etdirib. Bu da Avropa Ittifaqında narahatlıq doğurur. Parisdə Elmar Məmmədyarov bu məsələ ilə bağlı təpkilərlə üzləşə bilər.

Fizzə