Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların birgə qruplaşmasına dair sazişi ratifikasiya edib.
“Birgə qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır”, – sənədə əlavə olunan izahlı materiallarda deyilir.
Qruplaşmanın tərkibinə müharibə zamanı və ya mümkün təcavüzü dəf etmək üçün tərəflərin idarəetmə orqanları və silahlı qüvvələrin qoşunları daxil ediləcək.