London-2012: daha 2 cüdoçumuz uduzdu

Ramilə Yusubova növbəti mərhələdə cənubi koreyalı JOUNG, Da-Woon-la qarşılaşıb. Cənubi koreyalı idmançı təmsilçimizi saxlama fəndinə salaraq ipponla qələbə qazanıb.

***

İyulun 31-də London Yay Olimpiadasında dörd il əvvəl Pekin Olimpiadasında çempion olmuş Elnur Məmmədli (81 kq) ilk oyunda məğlub olub. Elnur Məmmədli mübarizəyə 1/32 finaldan başlamışdı. Onun rəqibi Kanada cüdoçusu Antuan Valua-Fortedi idi.

63 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Usubova isə yarışa 1/16 finaldan başlayıb. Rəqibi Türkmənistan idmançısı Gülnar Haıtbayevaya qalib gəlib. Onun 1/8 finaldakı rəqibi Cənubi Koreya idmançısı Da-Vun Younq olacaq.

Bundan əvvəl Azərbaycan cüdoçularından İlqar Muşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk döyüşdə uduzmuşdu. Rüstəm Orucov (73 kq) 1/8 finalda məğlub olub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.