Azad Suriya Ordusunun ən güclü və ən böyük qolu olan “Liva əl-Təvhid” qrupu hökumət qüvvələrinə qarşı əks hücuma keçmək üçün Hələb şəhərinə daxil olub. Twrkiy’ mediası xəbər verir ki, 300 nəfərlik döyüşçü Homsdan sonra Hələbdəki silahdaşlarına kömək üçün namaz qılıb, dua etdikdən sonra hərəkətə keçib. Döyüşçülər qələbə andı içiblər, onlardan bəziləri göz yaşlarını saxlaya bilməyib.
“Liva əl-Təvhid” qrupunun lideri Yusif Sabah əbu-Səlmo qarşıda onları gözləyən döyüşlərin əhəmiyyətini belə izah edib: “Bizim hədəfimiz Əsədi hakimiyyətdən devirməkdir. Bunu etməyə gücümüz var. Ancaq Hələb sakinləri bizim üçün çox önəmli olduğundan, burada öz gücümüzü tam göstərə bilmirik. Hələbə və Hələb sakinlərinə ziyan dəyməsini istəmirik. Ancaq buna baxmayaraq, birlik və sabitliyi bərpa etmək üçün Hələbi alacağıq. Əsəd əsgərlərini, Əsədə kömək edənləri buradan təmizləyəcəyik. Ən böyük hədəfimiz isə Əsədi devirdikdən sonra mədəni və islam ölkəsi olan bir dövlət qurmaqdır”.