Qoç
“Qoç”lar üçün uğurlu gündür. Istədiyinizi asanlıqla alacaq, xüsusilə əgər emosiyalarınıza nəzarət etsəniz və həyata daha ciddi yanaşsanız, gün daha məhsuldar olar. Azart oyunlarında uduş sizdən yan keçəcək. Işdə heç bir dəyişikliklər gözlənilmir.
Buğa
Bu gün aktiv peşəkar fəaliyyət və məişət problemlərilə bol olacaq. Günorta təmkinli olmağınız məsləhətdir. Üzərinizə böyük məsuliyyət tələb edən işlər götürməyin. Bu gün sizi yeni və maraqlı tanışlıqlar gözləyir.
Əkizlər
Bu gün işlərinizdə durğunluq olacaq. Dolaşmış və həllini sonraya saxladığınız məsələni həll edəcəyiniz ehtimalı da var. Anidən verdiyiniz qərara görə əziyyət çəkə bilərsiniz. Nəhayət, çoxdan gözlədiyiniz arzu həyata keçəcək.
Xərçəng
Bu gün sizi xoşagəlməz hadisələr gözləyir. Bu müddətə vacib məsələləri planlaşdırmaq məsləhət deyil. Ən yaxşısı gününüzü istirahətə və sevimli məşğuliyyətə, həmçinin yaxınlarınıza və ailənizə həsr edin.
Şir
Bu gün “Şir”lər borclarını qaytaracaq və hesabat aparacaqlar. Ola bilsin ki, ruh düşkünlüyünə qapılasınız. Amma bu situasiyadan çıxmağa sizə dostlarınız və sevdiyiniz insanlar yardımçı olacaq. Planlarınız barədə ətrafdakılara danışmamaq məsləhətdir.
Qız
Gələcək planlarınızı qurmaq üçün əlverişli gündür. Fiziki fəallıq gözlənilir. Idman sahəsində irəli getməyiniz istisna edilmir. Günün ikinci yarısında işdə əsəb gərginliyi keçirəcəksiniz.
Tərəzi
Bu gün oturub dincəlməyə belə vaxtınız olmayacaq. Işiniz çox olacaq, həmçinin onların yerinə yetirilməsi variantları arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Hərəkətlərinizi diqqətlə götür-qoy etmək ən yaxşı yol kimi görünür.
Əqrəb
Daxili “mən”i üzə çıxarmaq üçün əlverişli gündür. Bu gün əks cinsin nümayəndələrinin xoşuna gələcəksiniz, amma hər şeyi öyrənmə həvəsiniz ucbatından konfliktlər yarana bilər.
Oxatan
Bugünkü riskli addımlar gözlənilməz nəticələr verə bilər. Apardığınız danışıqlar uğurlu olacaq. Əgər bu gün istirahət götürmək istəsəniz, yerinə düşər.
Oğlaq
Bu gün çox çətin keçəcək. Neqativ təsirlərin qarşısını sizdən vəzifəcə böyük olan adamın xeyrinə məsuliyyətdən imtina etməklə ala bilərsiniz. Vacib məsələləri və dəyişiklikləri sonraya saxlayın. Uzaq səfərlər sağlığınıza mənfi təsir göstərə bilər.
Dolça
Bütün vaxtınızı ictimai rifahınıza sərf edəcəksiniz. Yeni layihələrə başlamaq məsləhət deyil. Günün sonuna təsadüf edən səyahətlər sizin üçün xoş olacaq. Arzularınızı həyata keçirməyə çalışmayın. Onsuz da onların hamısı reallaşmayacaq.
Balıqlar
Bu gün yeni layihələrdən imtina edərək fəal istirahətə vaxt ayırmanız məsləhətdir. Əgər tənbəlliyin daşını ata bilsəniz, bütün işləriniz yağ kimi gedəcək. Şəxsi müstəvidə işlər yaxşılığa doğru dəyişəcək.

Günün ulduz falı (31.07.12)
•