Suriyanın Hələb şəhərində ağır döyüşlər davam edir. “Anadolu” agentliyi xəbər verir ki, şəhərdə məhəllə-məhəllə Azad Suriya Ordusunun əsgərləri ilə Bəşər Əsədə bağlı hərbçilərin “sinə-sinəyə” döyüşləri gedir.
Döyüşlər zamanı Bəşər Əsədə bağlı qüvvələrdən qaçıb Azad Suriya Ordusuna qoşulan əsgərlərin olduğu da xəbər verilir. Xəbərə görə, Hələbin Səlahəddin bölgəsində Əsədin əsgərləri 4 tankla birlikdə müxaliflərin tərəfinə keçib.
Kürdlər daha bir şəhəri ələ keçirdi

Bu arada Əsəd rejiminin daha bir şəhəri itirdiyi bəlli olub. Bu, Hələbə yaxın, kürdərin çoxluq təşkil etdiyi Jinderesdir. Şəhəri kürd yaraqlıları tutb. Bu, kürdlərin çoxluq təşkil etdikləri bölgədə ələ keçirdikləri altıncı şəhərdir. Əsəd rejiminə bağlı güclərin şəhəri qorumaq üçün ciddi müqavimət göstərmədiyi deyilir. Kürd yaraqlılar şəhəri ələ keşirəndən sonra “Kürdüstan bayrağı” qaldırıblar və onun qarşısında əllərində silah şəkil çəkdiriblər.


