İyulun 29-da Bərdə rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, saat 14 radələrində Qərənə kəndində 1987-ci il təvəllüdlü Qarayev Xəyal Əsəd oğlu qısqanclıq zəmininə həyat yoldaşı 1993-cü ildə anadan olmuş Qarayeva Zərgənə Zaur qızını bıçaqlayaraq qətlə yetirib.
Hadisə kəndin əkin sahəsinə gedən yolda baş verib. X.Qarayev 19 yaşlı həyat yoldaşına 4 bıçaq zərbəsi endirib və onun öldüyünə əmin olduqdan sonra könüllü olaraq polisə təslim olub (Lent.az).
Fakt üzrə rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Gənclər yeni ailə həyatı qurubmuş.


