Azərbaycanın Londonda ilk medalı

İyulun 29-da London Olimpiadasında Azərbaycan yığması ilk medalını qazanıb. Ağırlıqqaldırma üzrə 18 yaşlı idmançı Valentin Xristov (56 kq.) A qrupunda qüvvəsini sınayıb

Valentin Xristov birdən qaldırmada 123 kq-ın öhtəsindən gəlib. İkinci cəhddə 127 kq-ı qaldıran Xristovun üçüncü cəhdi (130 kq) uğursuz alınıb.
 
Xristov təkanla qaldırmada da ilk cəhdi uğurlu olub.154 kq. İdmançının 158 kq-lıq ikinci cəhti uğursuz olub. V. Xristov üçüncü cəhdində 159 kq-ı qaldırmaqda çətinlik çəkməyib və bürünc medala sahib çıxıb.