London-2012: Tərlan Kərimov bürünc də qazana bilmədi

Azərbaycanlı cüdoçu Tərlan Kərimov qızıl medala əlvida desə də, bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Lakin bu, Tərlan üçün heç də uğurlu olmayıb. Belə ki, cüdoçumuzun 3-cü yer uğrunda ilk rəqibi polşalı Pavel Zaqrodnik olub. O, rəqibinə vazari ilə uduzaraq, Olimpiadanı 7-ci yerdə bitirib.

***

Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib. ANS PRESS-in məlumatına görə, azərbaycanlı cüdoçu Tərlan Kərimov 1/4 final mərhələsində ispaniyalı Suqoi Uriarte ilə üz-üzə gəlib. Lakin idmançımız rəqibinə 0:2 hesabi ilə uduzub. Bununla belə, Tərlanın üçüncü bürünc medal qazanmaq şansı qalmaqdadır.

***

Azərbaycanlı cüdoçusu Tərlan Kərimov 1/8 final mərhələsində misirli rəqibini Əhməd Avadı məğlub edib. Tərlan yarımfinala vəsiqə uğrunda ispaniyalı Suqoi Uriarte ilə üz-üzə gələcək.

***

İyulun 29-da London Olimpiya Oyunlarında 1/16 final mərhələsindən mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Tərlan Kərimov (66 kq) Rusiya idmançısı Musa Moquşkova qalib gəlib.
 
Tərlan Kərimov rəqibini əlavə vaxtda məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Tərlan Kərimov  1/8 finalda Misir idmançısı Əhməd Avadla qarşılaşacaq (“Azadlıq” radiosu).