Vergilər nazirinin Paşayevlərin çətiri altına keçməsi “fövqəlnazir”i hiddətləndirib
Vergilər naziri Fazil Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında ziddiyyətlər yaranıb. Məlumat qəzetimizə hakimiyyət dairələrindən sızıb.
Iqtidardakı mənbəmiz bildirir ki, Fazil Məmmədovun iqtidardakı Paşayevlər qrupunun çətiri altına keçməsi Kəmaləddin Heydərovu hiddətləndirib. “Fövqəlnazir” vəzifəyə qoyduğu və daim himayə etdiyi bir şəxsin onu hakimiyyətdəki başqa bir qrupa dəyişməsini həzm edə bilmir. Bildirilir ki, artıq Fazil Məmmədovla Kəmaləddin Heydərov bir-birlərinə rəqib kimi baxırlar. Hətta iddialara görə, vergilər naziri rəhbərlik etdiyi qurumda çalışan “fövqəlnazir”in adamlarını işdən çıxarmaq niyyətindədir. Bəzi məlumatlara görə, yaxın vaxtlarda bu prosesə start veriləcək. Bu baş verəcəyi təqdirdə Kəmaləddin Heydərovla Fazil Məmmədov arasında qarşıdurmanın daha da dərinləşəcəyi və bunun açıq müstəviyə keçəcəyi gözlənilir.
İnformasiya şöbəsi