London Olimpiadasında Azərbaycan rekord sayda – 53 idmançı ilə 15 idman növü üzrə təmsil olunub. Onlardan 29-u legionerdir. Bunlardan 39-u kişi, 14-ü qadındır.
İlk dəfə bütün ölkələr ən azı bir qadın idmançı ilə təmsil olunur. Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınlara olimpiadada iştirak izni verdi. Komandadakı qadın sayı 2 nəfərdir.
London olimpiya oyunlarına üçüncü dəfə ev sahibliyi edən yeganə şəhərdir.
Türk üzgüçü Derya Büyükuncu 6 dəfə olimpiya oyunlarında iştirak edən ilk və tək idmançıdır!
İngiltərə höküməti bu olimpiadaya 9 milyard fund-sterlinq xərclədiyini əvəzində isə 13 milyard fund-sterlinq vəsait əldə edəcəklərini açıqlayıb.
Yarışda 204 ölkə, 10 min 500 nəfər idmançı, 38 idman növü, 4700 dənə olmaqla, 400 qram medal, 21 min media mənsubu, 302 müsabiqə mövcuddur.
Olimpiya medalının sadəcə 6 qramı təmiz qızıldır və dəyəri 650 ABŞ dollarıdır.
Bütün zamanların ən çox medal qazanan idmançısı, 18 medalla Sovet gimnastı Larisa Latıninadır.
Bütün zamanların ən çox medal qazanan komandası, 2302 medalla ABŞ liderdir. İkinci Rusiya 1446, üçüncü isə Almaniya 1261 medala sahib olub. Azərbaycan olimpiya oyunlarında cəmi 16 medal qazanıb. (Həbib Müntəzir)


