
Azərbaycan cüdoçusu İlqar Müşkiyev bu gün ilk döyüşünə çıxıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançımız mübarizəyə 1/16 final mərhələsindən qoşulub. Həmyerlimizin rəqibi isə Ermənistan təmsilçisi Ovanes Davtyan olu. Erməni rəqibinə məğlub olan Azərbaycan idmançısı Olimpiada ilə sağollaşıb. Ovanes Davtyanın növbəti rəqibi Qazaxıstan idmançısı Kossayev Yerkebulan olacaq. London olimpiadasında Azərbaycan daha 7 cüdoçu ilə təmsil olunur.
azadliq.info


