“Donald Tramp Vladimir Putinin Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etmədiyinə dair iddialarına inanmayıb”.
Bunu Ağ Evin rəsmisi Rayns Pribus “Fox News”a müsahibəsində deyib.
Pribus Rusiya xarici işlər naziri Sergey Lavrovun bunun əksini iddia edən (Trampın bu məsələdə Putinə inandığını-red) bəyanatını təkzib edib: “Bu həqiqət deyil. Tramp Putinin məlum müdaxiləni inkar etməsinə qətiyyən inanmayıb. ABŞ prezidenti 2016-cı ildəki seçkilərə müdaxiləni mümkün sayır və bunu bir neçə dəfə bəyan edib. Onun fikrincə, Rusiya ehtimal ki, bunu edib. Lakin prezident müdaxilənin təkcə Rusiya yox, başqa ölkələr tərəfindən də olduğunu düşünür”.
Qeyd edək ki, Trampla Putinin 2 saatdan artıq davam edən görüşündə tərəflər Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi ilə bağlı 40 dəqiqə müzakirə aparıblar.
Gültəkin