Makkeyn: “ABŞ Əfqanıstanda savaşı uduzur”

Respublikaçı senator Con Makkeyn ABŞ-ın Əfqanıstanda savaşı uduzduğunu bəyan edib.

Makkeyn “CBS News”un efirində bildirib ki, Vaşinqtonun savaşla bağlı strategiyası yoxdur: “Biz uduzuruq. Əgər qalib gələ bilmirsənsə, demək, uduzursan. Əfqanıstan milli ordusu böyük itkilər verir”.

Senatorun fikrincə, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun səbəbkarı Ağ Evdir: “Strategiyalarını bəyan etməlidilər və yeri gəlmişkən, bunu prezident etməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ kəşfiyyatı da Əfqanıstandakı vəziyyətin pisləşdiyini bildirmişdi.
Gültəkin