Türk nazirin ölkəyə girişinə qadağa qoyuldu

Hollandiyadan sonra Türkiyə ilə bağlı bir qalmaqallı  qərar da Avstriya verib. Avstriya hökuməti, Türkiyənin  iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəyə girişini qadağan edib.

Zeybekçi ötən il ölkəsində baş verən 15 iyul  çevriliş cəhdinin il dönümü ilə bağlı Avstriyada yaşayan türklərlə görüşmək istəyirdi.

Xatırladaq ki, ötən həftə Hollandiya hökuməti də Baş nazirin Köməkçisi Tuğrul Türkeşin eyni məqsədli səfərini “arzuolunmaz” hesab etmişdi.

Niderland Xarici İşlər Nazirliyindən Türkeşin gözlənilən səfəri ilə bağlı verilən açıqlamada deyiliridi: “Mövcud şərtlərlə Türkeş və ya  hər hansı kabinet üzvünün Hollandiyaya gəlməsini arzuolunan hesab etmirik”.

 

azadliq.info