Londonda ötən gün açılışı olan XXX Olimpiya Oyunlarında ilk rekord qeydə alınıb. ANS PRESS-in məlumatına görə, rekord kamandan oxatma üzrə koreyalı İm Donq-Hyun imza atıb.
Rekordu ən maraqlı tərəfi odur ki, koreyalı idmançı gözdən əlil olsa da Paralimpiya deyil, Olimpiya oyunlarında iştirak edir. Koreyalı idmançı tam kor deyil. Belə ki, onun görməsi 10 faizdir.
İlk raunda oyunçu 699 xal toplayıb ki, bu da onun ən yaxşı nəticəsindən 3 xal daha yaxşı olub. Onun sayəsində Cənubi Koreya yığması kvalifikasiyada 2087 xal toplayıb. İm Donq-Hyun London Olimpiadasının əsas favoritlərindən hesab edilir.


