Alman hərbçilər Türkiyəni tərk edir

Almaniya təyyarələri Türkiyənin “İncirlik” hərbi bazasını tərk edir. Bu barədə “Şpigel” dərgisi xəbər verib.

Xəbərdə bildirilir ki, əvvəlcə yanacaqdoldurma təyyarələri, sonra isə “Tornado” kəşfiyyatçı-bombardmançılar İordaniyaya göndəriləcək. Bundan başqa, təxminən 260 alman hərbçisi bazanı tərk edəcək.