Azərbaycandan bir qrup jurnalist Gürcüstan səfərindən qayıdarkən sərhəddə ilişib qalıblar.
Bu barədə “Qafqazinfo”ya zəng edən jurnalistlər bildiriblər ki, onlar Borçalıda “Elat” tədbirində iştirak edib Bakıya qayıdırmışlar. Lakin səhər saatlarından “Sınıq körpü” sərhəd keçid məntəqəsində problemlə üzləşiblər.
Belə ki, jurnalistlərin olduğu avtobus və digər çoxlu sayda avtomobil Azərbaycan sərhədçiləri tərəfindən ölkə ərazisinə buraxılmayıb: “Biz saat 12-dən sərhədi keçərək oturub avtobusu gözləyirik. Lakin hələki heç bir xəbər yoxdur. Biz bunu məsuliyyətsizlik kimi qiymətləndiririk. Saxlanılma səbəbləri haqqında konkret heç bir məlumat verilmir”.
Qeyd edək ki, hazırda sərhəddə saxlanılan jurnalistlər arasında Aqil Camal, Seymur Verdizadə, İmdad Əlizadə, Afiq Mərzili və digər şəxslər var.


