Türkiyədə keçiriləcək “Miss Model Of The Turkey” yarışmasına qatılacaq gözəl manikenlər konkursdan əvvəl maraqlı görüntülər veriblər. Başlarına hicab taxan manikenlər səhər vaxtı İstanbulun Eyüp Cami məscidində dua ediblər. Gözəllik yarışmasında birinci ola bilmək üçün dua edən qızların bəziləri namaz da qılıb.
Dualarını bitirən modelyer qızlar fotoqrafların qarşısında müxtəlif pozalarda şəkil də çəkdiriblər. Axşam podiuma çıxacaq qızlar bunu mənəvi istirahət adanlandırırlar. Birincisi olacaq şəxs Çində keçiriləcək “Miss Model Of The Word” yarışmasında iştirak edəcək.
azadliq.info


