“Bayatı-Şiraz” amerikanları fəth etdi

Azərbaycanın gənc muğam ifaçısı Qoçaq Əsgərovun lent yazısı ABŞ-ın Şimali Karolina radiosunda yayımlanan ən yaxşı səsyazma siyahılarında – “Top 104 Records” və “New World Chart”da ən yaxşılar arasında yer alıb.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin baku-art.az saytı yayıb.

Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, onun ifa etdiyi “Bayatı-Şiraz” muğamı iyulda radionun ən nüfuzlu siyahılarında lider olub.