XXX London Olimpiadasının rəsmi açılışına saatlar qalır. Açılış mərasimi 3 saat davam edəcək və dünya üzrə milyard adam bu mənzərəni izləyəcək. Olimpiada məşəli stadiona Temza çayında üzən “Gloriana” gəmisində gətiriləcək. Oyunların keçiriləcəyi 16 gün ərzində yanacaq. Tədbir zamanı görülməmiş təhlükəsizlik tədbirləri təşkil ediləcək.
Bakı saatı ilə gecə 1:00-da başlayacaq açılış mərasiminə 42 milyon dollar xərclənib. Açılış Avropada ən böyül zınqırovun zəngi ilə başlayacaq. 15 min kvadrat metrlik səhnədə 10 min könülllü iştirak edəcək. 12956 ədəd dekorasiya, 1 milyon vat gücündə səs gücləndirici, 500 dinamikdən istifadə olunacaq. Stadionda 80 min tamaşaçı, o cümlədən Britaniya kraliçası II Yelizaveta və bir çox dövlət başçısları iştirak edəcək.
Açılış mərasimində izləmək üçün satılan biletlər Olimpiadanın ən bahalı biletləridir. 2511 və 3158 dollara.
azadliq.info